AZ

Polşa: Ukraynalı qaçqınları qəbul etmək mümkün deyil

Ajans.az xəbər verir ki,bu barədə Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marcin Przydacz yerli RMF24 radiostansiyasına müsahibəsində bildirib. “Ölçək inkulturasiya imkanlarını aşdıqda, cəmiyyət daxilində problemlər yaranmağa başlayır. Biz Polşada belə sosial gərginliklərin meydana çıxmasını istəmirik. Hesab edirəm ki, biz artıq həddə çatmışıq – əlavə qaçqın qəbul etmək mümkün deyil,” – deyə Przydacz vurğulayıb. Polşa rəsmisinin sözlərinə görə, hazırda ölkədə təxminən 1,5 milyon ukraynalı yaşayır. Lakin son 5 il ərzində cəmi 26 min nəfər Polşa vətəndaşlığı alıb. Bu da ukraynalı qaçqınların Polşa cəmiyyətinə uzunmüddətli inteqrasiyasının məhdud olduğunu göstərir. Przydacz qeyd edib ki, rəsmi Varşava hazırda mövcud miqrantların cəmiyyətə uğurlu inteqrasiyası üçün zəruri tədbirlər üzərində işləyir və bu istiqamətdə strateji dəyişikliklər gözlənilir. Xatırladaq ki, Rusiya ilə müharibənin başlanmasından sonra milyonlarla ukraynalı Avropa İttifaqı ölkələrinə, xüsusilə də Polşaya sığınıb. Polşa hökuməti bu müddət ərzində qaçqınlara müvəqqəti yaşayış, sosial dəstək və təhsil imkanları təqdim edib.  

 

Seçilən
208
29
Ajans.az

10Mənbələr