BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu - üçüncü oyununu keçirib.
Teleqraf xəbər verir ki, 9-cu qrupda yer alan yığma umıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Fransanın Kapbreton şəhərində yerləşən “Burye” stadionunda təşkil olunan oyun rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.
Bununla da xalı olmayan Azərbaycan yığması qrupu sonuncu sırada başa vurub.