Bakı. Trend:
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasıAvropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
Trend xəbər verir ki, 9-cuqrupda yer alan yığma sonuncu matçında Rumıniyanın müvafiq yaşqrupundan ibarət komandası ilə qarşılaşıb.
Fransanın Kapbreton şəhərində yerləşən “Burye” stadionundakeçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.Komandamızın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.
Bu nəticədən sonra xalı olmayan Azərbaycan millisi qrupu sonuncusırada başa vurub.