Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.
Bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.
Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin motivləri və təfərrüatı araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.
Bakupost.az
Tarix: 16 Oktyabr 2025, 10:04