Yazını böyüt
Yazını kiçilt
Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.
Hafta.az xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib. Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin motivləri və təfərrüatları araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb. /"Bakupost"/