Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində Olimpiya İdman Kompleksində təşkil olunan “Azərbaycanın bugünkü və sabahkı inkişafının təminatçısı” adlı konfransda rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, bir qrup ictimaiyyət nümayəndələri iştirak etdilər.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə, Ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi uğrunda şəhid olan vətən övladlarımızın əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi, Ümummilli Liderimizin və Prezident cənab İlham Əliyevin dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün təmin olunması yolunda misilsiz xidmətlərinə həsr olunmuş videoçarx izlənildi. Sonra mövzu ətrafında çıxışlar dinlənildi.