Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuela lideri Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniyası çərçivəsində bu ölkədə gizli əməliyyatlar keçirməyə icazə verib.
Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən yazır.
Bu icazə, Maduronu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. Nəşrin məlumatına görə, bu, ABŞ ordusunun Venesuelanın özündə mümkün zərbələr də daxil olmaqla, prezident Tramp üçün variantları artıq hazırladığı üçün verilib.
Yeganə