AZ

DÇ 2026 final mərhələsinin oyunlarına nə qədər bilet satılıb?

Oxu.az saytına istinadən ain.az xəbər verir.

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat FIFA-nın "X" sosial şəbəkə hesabında paylaşılıb.

Qeyd edilir ki, mundiala 212 ölkə və ərazidən azarkeşlər gələcək.

Xatırladaq ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək və komandalar hər biri dörd komanda olmaqla 12 qrupa bölünəcəklər.

Bundan əlavə, 2026-cı il dünya çempionatında yeni mərhələ - 1/16 final mərhələsi keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
oxu.az

2Mənbələr