AZ

DÇ-2026 final mərhələsinin oyunlarına nə qədər bilet satılıb?

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.Bu barədə məlumat FIFA-nın "X" sosial şəbəkə hesabında paylaşılıb.

Qeyd edilir ki, mundiala 212 ölkə və ərazidən azarkeşlər gələcək.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək və komandalar hər biri dörd komanda olmaqla 12 qrupa bölünəcəklər.

Bundan əlavə, 2026-cı il dünya çempionatında yeni mərhələ - 1/16 final mərhələsi keçiriləcək.

Seçilən
14
1
anews.az

2Mənbələr