AZ

Mehdiyev buna görə Rasizadəyə uduzdu : Villalar, fabrik, torpaq sahəsi...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İctimai yaddaş bəzən seçici olur; hətta, ədalət hissi belə emosiyanın, antipatiyanın, simpatiyanın içində itib gedə bilir.

Artur Rasizadə və Ramiz Mehdiyev — hər ikisi Azərbaycanın müstəqillik tarixi içində dövlətin “mərkəz dayaqları”ymış kimi tanınıblar. Hər ikisi idarəetmə sistemi içində qartıyıb, dövlət maşınının önəmli dişlərinə çevrilib.

Ancaq baxın, illər keçdikcə toplumun onlara münasibəti necə dismetral fərqli şəkil alıb…

Mehdiyevi linc edən ictimai fikir Rasizadəyə “toxunmur” və ya yeri gələndə rəğbətini ifadə edir.

İkisi də yaşlı insanlardı,

ikisi də uzun illər çox önəmli dövlət vəzifələri daşıyıb, ikisi də, arabir ermənilərlə əqrabalıqda-filanda “suçlanıb”,

ikisinin də, üzü gülüş, təbəssüm, sevinc üçün uyğun deyil sanki,

ikisi də, Rusiyameyllilikdə yamanlanıb,

ikisi də, ikisi də… – deyib siyahını paralel xətlər üzrə davam etdirmək mümkündür. “Amma ancaq və lakin” Rasizadə nəfsinə yenik düşməyib, diqqətli olub, Mehdiyev isə elə bil ancaq nəfsin diqtəsi ilə çalışıb…

Hansısa iri torpaq sahəsini, villalar silsiləsini, zavod, fabrik və ya başqa bir ürətim müəssisəsini göstərib “Rasizadənindir” demirlər, di gəl, Mehdiyevin əmlak, mülk, anrı-bəri sarıdan varidatını sayıb-qurtarmaqçün əli dəftər-qələm yaxud planşetli bir işçi qrupu lazım olsa gərək… Rasizadə nəinki dövlət çevrilişində ittiham olunur, o, dövlətçilik, müstəqillik tərəfdarı və repressiya qurbanı Cavidin nəslindəndir və indi də, öz qocalığını yaşayır… Bilir ki, onu güclü kimi göstərən məhz Dövlət babanın sayəsində mümkün olub və o sayə yoxdursa, güc də yoxdur…

Dövlətin gücünü öz gücüymüş kimi alqılayıb, qafil aldanış içində olmaq olmaz. Əgər günü bu gün hansısa məmur da bu düşüncədədirsə, bir an öncə qəflətdən ayılması faydalı olardı.

Bəli,

biri səssiz təmkinin, digəri dəbbəli iddianın timsalına çevrilib. — Rasizadə ilə Mehdiyevi deyirəm. Onlar görəvdə olanda ünvanlarına bir xoş söz yazmamışam, tərif etməmişəm, içimdən gəlməyib; bu gün də, yalnız obyektiv sandıqlarımı bölüşürəm. Mehdiyevin mənim kimi insanlara münasibətini, daha doğrusu münasibətsizliyini bilirəm, Rasizadənin isə belə münasibət sərgisində obyektivlik olub — bildiyim qədər…

Məncə, ictimai şüur Rasizadəni “səssiz dövlət adamı” kimi qəbul edir — o, nəfsinə uymadı, özünü nədəsə “hakim” kimi göstərmədi.

Mehdiyev isə açıq-aşkar nəfsə uduzdu — elmdən gələn az-maz nə varıydısa, onu da siyasətin “kölgə hökmdarlığı”na yönəltdi. — Elmdən, fəlsəfədən siyasi ehtirasa yuvarlanan ondan başqası deyildi.

Bu, artıq təkcə insanın yox, zəka ilə nəfsin savaşının sonucuydu…

Sonucmu? — Budur, biri unudulmadı, digəri bağışlanmadı.

Yuxarıda da vurğuladığımız kimi, Rasizadənin adına hektarlarla torpaq sahələri, asma bağlar, təhlükəli dərəcədə dəbdəbəli villalar, zavod-fabriklər və s. çıxmadı.

Mehdiyev isə uzun illər daşıdığı görəvlə imtahan verdi — və var-dövlət cazibəsinə dözə bilmədi. Müstəqilliyi var olan dövlətə xidmətdən var-dövlətə endi… Özü də, Rasizadədən daha yuxarı görəvdə deyildi, di gəl, özünü öz yerində apara bilməmək azarından bur türlü qurtulmadı ki qurtulmadı…

Rasizadə əmlak yığmadı, Mehdiyev “sistem yığdı”.

Biri dövlətin içində yaşadı, digəri isə həncəri deyərlər, “dövləti özünə yaşatmaq” istədi – və uduzdu.

Təkrarçılıq olmasın, Rasizadə Hüseyn Cavidin nəslindəndir – repressiya ağrısını, müstəqillik ideyasını genetik yaddaş, irs kimi daşıyır.

O, heç vaxt tribunada Cavidin adını çəkmədi, amma həyatının özünü bir cavidanə səssizlik kimi yaşadı – desək günah olmamalı…

Mehdiyev isə… qeyri-milli ideoloqa çevrildi.

Tarixdə qalmaq üçün çox danışmaq yox, düz danışmaq gərəkdir.

Biri getdi, amma özündən sonra “nəfssiz, iddiasız, sadə insan” imici buraxdı;

digəri getdi, amma “nifrət arxivi”nə düşdü nə düşdü…

İctimai fikir bəzən emosional olsa da, onun alt qatında bir dərin ədalət hissi var — kim nəfsinə qalib gəlirsə, zaman da ona mərhəmət göstərir.

Beləliklə,

Rasizadə – bir davranış modelidir;

Mehdiyev isə təkcə bir ad deyil, bir ibrət hekayəsidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
50
globalinfo.az

10Mənbələr