AZ

"Müstəqilliyimiz çox böyük sual altında idi" - Deputat

"Şübhəsiz ki, 18 oktyabrda qəbul edilmiş Müstəqillik haqqında akt hələ tam suverenlik müstəqillik demək deyildi. Həmin dövrdə hərcməclik, səriştəsizlik və xalqın milli maraqları ilə hakimiyyətə gəlməyən və bu maraqları qorumayan qüvvələrin AXCP-Müsavat cütlüyünün, ondan əvvəlki rəhbərlərin səriştəsizliyi və xalqla bir olmaması nəticəsində müstəqilliyimiz çox böyük sual altında idi, o cümlədən dövlətçiliyimiz".

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Bəxtiyar Əliyev bildirdi.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi müstəqilliyimizi əbədi və dönməz etdi:

"Bu günləri ulu öndər Heydər Əliyevin siyasəti prezident tərəfindən uğurla davam etdirilir və müstəqilliyimiz daha da möhkəmlənir və bu günləri Azərbaycan dünyanın yeni düzənində söz sahibidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı Ermənistanın işğalından azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi və zəfər tarixi yazdı".

Aminə ŞAHSUVARQIZI

 

 

Seçilən
74
1
redaktor.az

2Mənbələr