AZ

"Dövlət onların hər birinə layiqli cavabı verəcək" - Deputat

"Şübhəsiz ki, 18 oktyabrda qəbul edilmiş Müstəqillik haqqında akt hələ tam suverenlik müstəqillik demək deyildi. Həmin dövrdə hərcməclik, səriştəsizlik və xalqın milli maraqları ilə hakimiyyətə gəlməyən və bu maraqları qorumayan qüvvələrin AXCP-Müsavat cütlüyünün, ondan əvvəlki rəhbərlərin səriştəsizliyi və xalqla bir olmaması nəticəsində müstəqilliyimiz çox böyük sual altında idi, o cümlədən dövlətçiliyimiz".

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Bəxtiyar Əliyev bildirdi.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi müstəqilliyimizi əbədi və dönməz etdi:

"Bu günləri ulu öndər Heydər Əliyevin siyasəti prezident tərəfindən uğurla davam etdirilir və müstəqilliyimiz daha da möhkəmlənir və bu günləri Azərbaycan dünyanın yeni düzənində söz sahibidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı Ermənistanın işğalından azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi və zəfər tarixi yazdı.

Bu günləri Azərbaycan nəinki Cənubi Qafqazda bölgədə müstəqil suveren, güclü bir dövlət kimi yeni dünya düzəninə sülhə, barışa istiqamət verən, onu müəyyən edən bir güc mərkəzinə çevrilib. Və bu günləri Azərbaycan dövlətçiliyi sarsılmazdır. Xalqımız prezidentin ətrafında sıx birləşibdir və heç kəs də Azərbaycan xalqını, dövlətini onun müstəqilliyindən qətiyyən geriyə döndərə bilməz və heç bir qüvvə də buna mane ola bilməz. Kimlərsə də bu fikrə düşüblərsə, onlar nəticə çıxartmalıdır ki, dövlət onların hər birinə layiqli cavabı verəcəkdir".

Aminə ŞAHSUVARQIZI

 

 

Seçilən
35
1
redaktor.az

2Mənbələr