"Olaylar" xəbər verir ki, deputat Tənzilə Rüstəmxanlı isə Siyavuş Novruzovun ona etirazına cavab olaraq bildirib:"Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram.
Mən bu prosesin içindəydim, qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı".
Ardınca Siyavuş Novruzov söz istəsə də, spiker Sahibə Qafarova bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31