AZ

Zelenski Ağ Evə belə gəldi - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüş üçün Ağ Evə qara pencəkdə gəlib.

Musavat.com xəbər verir ki, Tramp Zelenskinin geyimini yenidən tərifləyərək onu “stil sahibi” adlandırıb:

“Düşünürəm ki, siz bu pencəklə mükəmməl görünürsünüz”, – deyə ABŞ prezidenti bildirib.

Zelenskinin geyim tərzi bu dəfə də diqqət çəkib. Avqustda keçirilən əvvəlki görüşdə o, tam qara geyimdə, fevral görüşündə isə qara sviter və şalvarla Ovala kabinetə gəlmişdi. Tramp o vaxt bu geyim tərzini “ABŞ-a qarşı hörmətsizlik” kimi qiymətləndirmişdi. Həmçinin ABŞ vitse-prezidenti Cey Di Vens də Zelenskinin “militari tərzindən” narazılığını ifadə etmişdi.

Liderlərin bu dəfəki görüşü qapalı formatda keçiriləcək. Tramp bildirib ki, müzakirələrin əsas mövzularından biri Putinlə keçirilmiş son telefon danışığı olacaq.

Kiyev rəhbəri isə ABŞ prezidentini Yaxın Şərqdə atəşkəsin əldə olunması münasibətilə təbrik edib və onun vasitəçiliyi ilə Ukrayna müharibəsinin də başa çatacağına ümid etdiyini vurğulayıb. 

 

Musavat.com

Seçilən
59
33
musavat.com

10Mənbələr