AZ

Ağ Evdə Trampla Zelenski arasında görüş başlayıb

Vaşinqton, 17 oktyabr, AZƏRTAC

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.

AZƏRTAC-ın məlumatına görə, Tramp Ağ Evin qarşısında ukraynalı həmkarını qarşılayıb.

Daha sonra tərəflər Rusiya-Ukrayna müharibəsinin həlli perspektivləri, ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərini tədarükü etməsi imkanlarını müzakirə edəcəklər. Tramp, həmçinin Zelenskiyə ötən gün Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığının detallarını çatdıracaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
60
33
azertag.az

10Mənbələr