AZ

Ağ Evin mətbuat katibindən jurnalistə kobud cavab: Sənin anan...

Ağ Evin mətbuat katibi Karolin Levitt "HuffPost"un müxbirinin Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşlə bağlı sualına kobud cavab verib.

News24.az xəbər verir ki, jurnalistin "Görüşün Macarıstan paytaxtında keçirilməsi təklifini kim irəli sürüb" sualına Ağ Ev rəsmisi belə cavab verib: "Sənin anan".

Məlum olub ki, sualı 2021-ci ildə Tramp əleyhinə kitab nəşr etdirən jurnalist verib. O, kitabında Trampı aşağılamışdı. (Teleqraf.com)

Seçilən
94
5
news24.az

6Mənbələr