Ağ Evin mətbuat katibi Karolina Levitt "HuffPost"un müxbirinin Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşlə bağlı sualına kobud cavab verib.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, jurnalistin "Görüşün Macarıstan paytaxtında keçirilməsi təklifini kim irəli sürüb?" sualına Ağ Ev rəsmisi belə cavab verib: "Sənin anan".
Məlum olub ki, sualı 2021-ci ildə Tramp əleyhinə kitab nəşr etdirən jurnalist verib. O, kitabında Trampı aşağılamışdı.