AZ

“Tramp ona görə “Tomaqavk” vermədi ki” “Vəziyyət daha da pisləşə bilər”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq şəkildə bildirib ki, o, Ukraynanı uzaqmənzilli “Tomaqavk” raketləri ilə təmin etmək niyyətində deyil. Çünki iki lider arasında Ağ Evdə keçirilən görüşdə Ukraynadakı müharibənin gələcəyi ilə bağlı fikir ayrılığı olub.

“AzPolitika” xəbər verir ki, bunu CNN öz mənbələrinə istinadla bildirib. CNN-in məlumatına görə, Tramp və Zelenski arasınsda söhbət gərgin, səmimi və bəzən “xoşagəlməz” kimi qiymətləndirilə bilər: "Birbaşa və səmimi söhbətində Tramp Zelenskiyə açıq şəkildə bildirdi ki, Ukrayna lideri hazırda istədiyi uzaqmənzilli raketləri almayacaq. Bir məmur deyib ki, Trampda Ukraynanın münaqişəni genişləndirmək və uzatmaq niyyətində olduğu təəssüratı var və o, qarşıdan gələn sərt qışda mümkün itkilərdən narahatdır”.

Görüşdən sonra Tramp cəbhə xəttində atəşkəsin tərəfdarı olduğunu təkrarlayaraq, qətllərə son qoymağa çağırıb. CNN-in məlumatına görə, o, öz ətrafına bunun "münaqişənin hazırkı vəziyyətinin reallıqları" ilə bağlı olduğunu izah edərək, dağıntıların və qətllərin həddən artıq böyük olduğunu qeyd edib: “"Hər iki tərəf razılığa gəlməlidir" deyən başqa bir rəsmi vəziyyətin daha da pisləşəcəyini qeyd etdi”.

Ukrayna Prezidentinin görüşdən sonra dediyinə görə, o, Trampla silah tədarükü, xüsusilə də uzaq mənzilli silahlar məsələsini müzakirə edib. O, həmçinin bildirib ki, iki Prezident Trampın Budapeştdə Putinlə elan etdiyi görüşünü müzakirə ediblər: "Prezident Tramp Rusiya tərəfi ilə dialoqunu mənimlə bölüşdü. Ona görə də biz Rusiyadan gələn bütün siqnalları başa düşürük. Onlar yeni deyil. Biz Prezident Trampın bu müharibəni sona çatdırmaq üçün təzyiq göstərəcəyinə ümid edirik".

Öz növbəsində, Tramp sosial şəbəkədəki paylaşımında görüşü “çox maraqlı və mehriban” adlandırsa da, “qətlləri dayandırmağın və sövdələşmənin” vaxtının çatdığını bildirib.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
29
azpolitika.info

10Mənbələr