AZ

Zelenski danışıqlardakı ən çətin məsələni açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə real danışıqlarda ən çətin və həssas məsələ işğal olunmuş ərazilərlə bağlı olacaq. 

O, bu fikri ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirdiyi görüşdən sonra brifinqdə səsləndirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın mövqeyi aydındır – ilk növbədə atəşkəsə nail olmaq lazımdır.

“Ruslar hər şeyi işğal etmək istəyirlər. Onlar atəşkəsdən əvvəl torpaqlarımızla bağlı razılaşma imzalamaq istəyirlər. Bizim mövqeyimiz budur ki, əvvəlcə atəşkəs olmalıdır. Bundan sonra masa arxasına əyləşib, vəziyyəti dəqiqləşdirməliyik. Bu, ən vacib ilk addımdır”, – deyə Zelenski qeyd edib.

Prezident vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp da bu yanaşmanı başa düşür: “Ən çətin məsələ istənilən danışıqlarda – ərazilər olacaq. Təəssüf ki, söhbət Ukraynanın ərazilərindən gedir”.

Zelenskiyə həmçinin Ağ Evdəki danışıqlarda Ukraynanın ərazi məsələsində güzəştə gedib-getməməsi barədə sual ünvanlanıb. O cavabında deyib: “Biz Rusiyanın təkliflərini bilirik. Siz ərazilərin dəyişdirilməsi ilə bağlı müzakirələri xatırlayırsınız. Amma mən əmin deyiləm ki, Rusiya mövqeyini dəyişib. Biz hələ tərəflərin real mövqelərini başa düşmək üçün görüş keçirməmişik.”

Ukrayna lideri əlavə edib ki, heç kim Ukraynanın iştirakı olmadan müharibəni bitirə bilməz.

“Ərazi məsələsi çox həssasdır və bu danışıqlarda ən mürəkkəb məqam olacaq. Amma mən inanıram ki, bu danışıqlar baş tutacaq”, – deyə o bildirib.

Seçilən
5
29
7times.az

10Mənbələr