AZ

Toydakı qonaqlar Ramiz Mehdiyevin gizli komandası imiş? - Rauf Arifoğlu SİRLƏRİ AÇDI

Musavat.com xəbər verir ki, "Yeni Müsavat Media Qrupu"nun rəhbəri Rauf Arifoğlu TV Musavatın efirində çıxışı zamanı sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin gizli komandasına dair sensasion açıqlamalar verib.

Arifoğlu bildirib ki, 2020-ci ilin avqustunda pandemiya dövründə keçirilən və ölkə üzrə toylara qadağa qoyulduğu bir vaxtda baş tutan Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən məmur, keçmiş dövlət rəsmiləri, ictimai xadimlər, media və siyasət nümayəndələri, əslində, Mehdiyevin ən yaxın çevrəsinə daxil olan şəxslər idi.










 


Sözügedən toydan bir parça 

“O toyda iştirak edənlər təsadüfi insanlar deyildilər. Onlar Ramiz Mehdiyevin dövlət idarəçiliyində və siyasi müstəvidə formalaşdırdığı gizli komandanın üzvləri idi. Həmin toy əslində bir siyasi nümayiş idi – sistemin içində kölgədə qalmış, amma hələ də özünü ‘görünməz qüvvə’ kimi hiss edən bir qrupun toplanması idi,” – deyə Rauf Arifoğlu vurğulayıb.

O qeyd edib ki, bu şəxslər illərlə Mehdiyevin siyasi planlarında rol alıblar, müxtəlif dövlət strukturlarında və media orqanlarında onun maraqlarını təmsil ediblər.

Veriliş zamanı Rauf Arifoğlu həmçinin Sevinc Telmanqızının suallarına cavab verərkən, Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı gizli əlaqələr şəbəkəsi və həmin çevrənin sonrakı taleyi barədə də mühüm məlumatlar paylaşıb.

Sözügedən çıxışdan müvafiq video parçanı təqdim edirik:










 


Musavat.com


Seçilən
4
1
azia.az

10Mənbələr