AZ

Göygöldə ər və arvadı avtomobil vurdu

Göygöldə iki piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Rayon sakinləri - 1950-ci il təvəllüdlü N.Mirzəyev və daha bir qadın yolu keçən zaman onları avtomobil vurub. Onlar xəstəxanaya çatdırılıb. Dərhal xəstələrə yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, xəsarət alanlar ər və arvad olub.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
84
50
unikal.az

10Mənbələr