ain.az bildirir, Unikal.az portalına istinadən.
Parisin Luvr muzeyi qarət edilib.
"Unikal" xəbər verir ki, cinayətkarlar Napoleon Bonapart və imperatriça Jozefinanın kolleksiyasından doqquz daş-qaş oğurlayıblar.
Bu səhər üç oğru muzeyin pəncərələrini sındıraraq binaya daxil olublar – ikisi içəridə, üçüncüsü isə çöldə gözətçi qalıb. Anbardan boyunbağı, broş, tiara və digər qiymətli əşyalar oğurlanıb.
Fransanın mədəniyyət naziri Raşida Dati daha əvvəl oğurluq faktını təsdiqləyərək, heç kimin xəsarət almadığını, hadisə yerində polis və muzey işçilərinin işlədiyini bildir. Oğurluqdan dəyən ziyanın hesablanması zamanı Luvr bir gün bağlı qalacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.