"Kəpəz" Misli Premyer Liqasının VIII turunda səfərdə "Şamaxı"nı 4:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin Azərbaycan çempionatları tarixində səfərdə 25-ci böyükhesablı qələbəsi olub.

Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

“Kəpəz” bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

“Göy-sarılar"ın səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də “Plastik”lə görüşdə qeydə alınıb – 3:0.