Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Misli Premyer Liqasının VIII turu "Kəpəz" üçün əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubunun mövsümdəki ilk qələbəsi "Şamaxı" ilə səfər matçına təsadüf edib – 4:1.
Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. "Kəpəz" bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.
Gəncə klubu bunadək səfərdəki son qələbəsini "Qəbələ" üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.
"Kəpəz"in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də "Plastik"lə görüşdə qeydə alınıb – 3:0.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        