Xaçmazda qətl hadisəsi törədilib.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.