AZ

Xaçmaz sakini güllələnib: Şübhəli şəxs polisə təslim olub

Xaçmazda qətl hadisəsi törədilib.

“Cebheinfo.az” xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

“Cebheinfo.az”

Seçilən
33
9
cebheinfo.az

10Mənbələr