AZ

Həvəskar klubda forma geyinən “Real”ın sabiq ulduzu insult keçirdi

Niderland millisinin sabiq yarımmüdafiəçisi Royston Drente insult keçirib.

Drentenin çıxış etdiyi həvəskar "FC de Rebellen"dən bildirilib ki, 38 yaşlı futbolçunun səhhətindəki problemlər cümə günü yaranıb.

Sportinfo.az xəbər verir ki, hazırda xəstəxanaya yerləşdirilən Roystonun vəziyyətinin stabil olaraq dəyərləndirildiyi bildirilir.

Drente “Real”, “Everton”, “Alaniya” və “Feyenoord” klublarında çıxışları ilə tanınır.

Seçilən
83
5
sportinfo.az

10Mənbələr