Bakı. Trend:
Niderland millisinin sabiq yarımmüdafiəçisi Royston Drenteinsult keçirib.
Trend xəbər verir ki,Drentenin çıxış etdiyi həvəskar FC de Rebellen klubu bildirib ki,38 yaşlı futbolçunun səhhətindəki problemlər cümə günü yaranıb.Hazırda xəstəxanaya yerləşdirilən Roystonun vəziyyətinin stabilolaraq dəyərləndirildiyi bildirilir.
Qeyd edək ki, Drente “Real”, “Everton”, “Alaniya” və “Feyenoord”klublarında çıxışları ilə tanınır.