AZ

Bəzi rayonlarda leysan yağacaq –SABAHIN HAVASI

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Havanın temperaturu gecə 14-17°, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacaq.

Seçilən
31
48
senzor.az

10Mənbələr