Zaqatala-Balakən yolu üzərində iki avtomobil toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhəri ərazisində 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və “VAZ”da olan sərnişin, 4 yaşlı azyaşlı xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta