AZ

Zaqatalada avtoqəza: Üç nəfər xəsarət aldı, biri azyaşlıdır

Zaqatalada avtomobil qəzasında 3 nəfər xəsarət alıb.

"Bakuinfo" xəbər verir ki, dünən saat 12 radələrində Zaqatala şəhəri ərazisində 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və “VAZ”da olan sərnişin, 4 yaşlı azyaşlı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. (Lent.az)

Seçilən
12
2
bakuinfo.net

7Mənbələr