Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının həyətində qohumlar arasında dava olub.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü rayon sakini Teymur Babayev RİH-in inzibati binasının həyətində ucadan səs-küy salıb. Qayınatası Cəfər Quliyev (adı və soyadı şərti verilib - red.) və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
T.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə boşanma ərəfəsindədir:
"Məlum hadisə günü qəyyumluqla bağlı Ağstafa RİH-də iclasda olan zaman qayınatam və qayınanamın mənim anamla kobud rəftar etdiyi üçün əsəbiləşdim. İclasdan çıxanda onlara qarşı nalayiq ifadələr işlətdim".
İş üzrə zərərçəkmiş bildirib ki, kürəkəni RİH-in binasının həyətində ucadan səs-küy salıb, ünvanlarına təhqiramiz ifadələr işlədib, onları öldürəcəyi ilə hədələyib.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətə inzibati qaydada həbs edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.