AZ

İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi – TƏFƏRRÜAT

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının həyətində qohumlar arasında dava olub.

NOCOMMENT.az Teleqraf.com-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü rayon sakini Teymur Babayev RİH-in inzibati binasının həyətində ucadan səs-küy salıb. Qayınatası Cəfər Quliyev (adı və soyadı şərti verilib – red.) və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

T.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə boşanma ərəfəsindədir:

“Məlum hadisə günü qəyyumluqla bağlı Ağstafa RİH-də iclasda olan zaman qayınatam və qayınanamın mənim anamla kobud rəftar etdiyi üçün əsəbiləşdim. İclasdan çıxanda onlara qarşı nalayiq ifadələr işlətdim”.

İş üzrə zərərçəkmiş bildirib ki, kürəkəni RİH-in binasının həyətində ucadan səs-küy salıb, ünvanlarına təhqiramiz ifadələr işlədib, onları öldürəcəyi ilə hədələyib.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətə inzibati qaydada həbs edilib.

Seçilən
14
4
nocomment.az

5Mənbələr