AZ

Tramp bu ölkəyə xüsusi nümayəndə təyin etdi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Mark Savayanı İraqa xüsusi nümayəndə olaraq təyin etdiyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Prezident Tramp, sosial media hesabında verdiyi açıqlamada Mark Savayanın İraq üzrə xüsusi nümayəndə vəzifəsinə gətirildiyini bildirib. 

Tramp paylaşımında belə deyib: “Markın İraq-ABŞ münasibətləri sahəsindəki dərin biliyi və bölgədəki əlaqələri Amerika xalqının maraqlarının irəliləməsinə kömək edəcək”. 

Tramp, həmçinin qeyd edib ki, Savaya Miçiqan ştatında prezident seçki kampaniyasında iştirak edib və Amerika müsəlmanlarından səs toplanmasına yardımçı olub. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
110
1
cebheinfo.az

10Mənbələr