2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Yelo Bank ASC-nin aktivləri 1 444 428 540 manat təşkil edib və illik 12,9% artım göstərib.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 1 053 937 min manat səviyyəsində olub və illik 12,7% artım qeydə alınıb.
Xalis mənfəət isə 24 824 830 manat təşkil edib.
Bu göstəricilər Yelo Bank ASC-nin aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin sabit qaldığını təsdiqləyir.
Fuad Mədətov
Finss.az