2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, PAŞA Bank ASC-nin aktivləri 8 932 496 000 manat təşkil edib və illik 8,7% artım göstərib.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 3 338 414 min manat səviyyəsində olub və illik 1,1% artım qeydə alınıb.
Xalis mənfəət isə 132 837 000 manat təşkil edib.
Bu göstəricilər PAŞA Bankın aktivlərinin və kredit portfelinin artdığını, həmçinin mənfəətinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Fuad Mədətov
Finss.az