AZ

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək » AzadMedia.az


 
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.
Seçilən
22
12
azadmedia.az

10Mənbələr