Argentina millisinin hücumçusu Lionel Messi U-20 dünya çempionatının finalında Mərakeşə məğlub olan (0:2) sonra ölkəsinin gənclərdən ibarət komandasının üzvlərinə müraciət edib.
Publika.az xəbər verir ki, Messi sosial şəbəkədə bu sözləri yazıb:
“Başınızı aşağı salmayın, uşaqlar! Siz möhtəşəm turnir keçirdiniz. Hamımız sizin kuboku qaldırmağınızı görmək istəsək də, verdiyiniz hər şeyə görə sevinirik və ağ-göy rəngləri bütün qəlbinizlə qorumağınızla fəxr edirik”.