AZ

Həbib Nurməhəmmədov Maddalena Mahaçev döyüşü üçün ABŞ a nə vaxt gedəcəyini açıqlayıb

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur rusiyalı qarışıq döyüş ustası, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində həmkarı İslam Mahaçevin son paylaşımını şərh edərək yeni mesaj yazıb.

İdman.Biz xəbər verir ki, Mahaçev bundan əvvəl avstraliyalı Cek Della Maddalena ilə döyüşə hazırlığının ikinci mərhələsini başa vurduğunu bildirmişdi.

“Biz Umarın (Nurməhəmmədov) döyüşündən sonra ABŞ-da ona (Mahaçevə) qoşulacağıq”, - Həbib yazıb.

Mahaçev və Della Maddalena arasında döyüş noyabrın 16-da ABŞ-ın Nyu-York şəhərində UFC 322-də keçiriləcək.

Umar Nurməhəmmədov növbəti dəfə amerikalı Mario Bautista ilə qarşılaşacaq. İdmançılar oktyabrın 25-də BƏƏ-nin Abu-Dabi şəhərində qarşılaşacaqlar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
41
icma.az

10Mənbələr