AZ

Astarada qəza: 19 yaşlı sürücü xəsarət aldı

Astarada avtomobil idarəetməni itirərək yol kənarında dirəyə çırpılıb.

Yenisabah.az xəbər verir ki, hadisə gecə saatlarında Təngərüd kəndi ərazisində baş verib.

Kənd sakini 2006-cı il təvəllüdlü Tahin Dadaşov idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü T.Dadaşov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.  pizza mizza


Telegram kanalımız
Seçilən
6
10
yenisabah.az

10Mənbələr