AZ

Narışkin: NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu sözləri Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət təşkilatlarının rəhbərləri şurasının iclasında dilə gətirib. Özbəkistanın Səmərqənd şəhərində baş tutan iclasda o vurğulayıb ki, NATO-nun "müharibə planı" çərçivəsində əsas tapşırıq alyansın müttəfiq cavab qüvvələrini "bütün zəruri resurslarla" birlikdə hazır vəziyyətə gətirməkdir. "Avropada hərbi-sənaye məhsullarının istehsal həcmi eksponent dərəcədə artmağa başlayıb. Eyni zamanda, bu və ya digər ölkələrdə səfərbərlik təlimləri, həmçinin Moskvanın guya qaçılmaz hücumu haqqında əhalinin "maarifləndirilməsi" mütəmadi həyata keçirilir", – kəşfiyyat rəhbəri söyləyib. Sergey Narışkinin sözlərinə görə, Rusiyanın axtardığı davamlı və ədalətli sülhün qurulmasına Avropa daxilində maneəçilik törədən "müharibə partiyası" fəaliyyət göstərir. "Bu partiyada "Makronlar, Mertslər və Kallaslar" Rusiyaya qarşı hər vəchlə qarşıdurma baş verməsini istəyirlər", – o vurğulayıb. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
141
2
azvision.az

3Mənbələr