BusözləriRusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət təşkilatlarının rəhbərləri şurasının iclasında dilə gətirib. Özbəkistanın Səmərqənd şəhərində baş tutan iclasda o diqqətə çatdırıb ki, NATO-nun "müharibə planı" çərçivəsində əsas tapşırıq alyansın müttəfiq cavab qüvvələrini "bütün zəruri resurslarla" birlikdə hazır vəziyyətə gətirməkdir.
 "Avropada hərbi-sənaye məhsullarının istehsal həcmi eksponent dərəcədə artmağa başlayıb. Eyni zamanda, bu və ya digər ölkələrdə səfərbərlik təlimləri, həmçininMoskvanın guya qaçılmaz hücumu haqqında əhalinin "maarifləndirilməsi"mütəmadi həyata keçirilir",– kəşfiyyat rəhbəri söyləyib.
Sergey Narışkinin sözlərinə görə, Rusiyanın axtardığı davamlı və ədalətli sülhün qurulmasına Avropa daxilində maneəçilik törədən "müharibə partiyası" fəaliyyət göstərir.
 "Bu partiyada "Makronlar, Mertslər və Kallaslar" Rusiyaya qarşı hər vəchlə qarşıdurma baş verməsini istəyirlər",– o vurğulayıb.
 Firudin Həmidli
  AzVision.az 
                        - Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        