Bakıda təmir işləri aparılan binada 66 yaşlı komendant yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Məlumata görə, Mərdanov qardaşları küçəsində təmir işləri aparılan binanın birinci mərtəbəsində komendant işləyən şəhər sakini 1959-cu il təvəllüdlü Xeyrulla Kişiyev ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.