AZ

Binada təmir zamanı 66 yaşlı komendant yıxılaraq öldü

Bakıda təmir işləri aparılan binada 66 yaşlı komendant yıxılaraq ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Məlumata görə, Mərdanov qardaşları küçəsində təmir işləri aparılan binanın birinci mərtəbəsində komendant şəhər sakini 1959-cu il təvəllüdlü Xeyrulla Məhərrəm oğlu Kişiyev ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
51
7
cebheinfo.az

8Mənbələr