AZ

FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Doğru.az xəbər verir ki, AFFA-nın məlumatına görə, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər, dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR hakimliyi, digər həmvətənimiz Nicat İsmayıllı isə AVAR funksiyasını icra edəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

DOĞRU.AZ

Seçilən
72
26
dogru.az

10Mənbələr