FIFA referisi Elçin Məsiyev bu gü. UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Offsideplus.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş Bakı vaxtı ilə saat 20:45-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.