AZ

Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilib

2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Bu barədə Ölkə.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Seçilən
22
14
olke.az

10Mənbələr