2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında ikitərəfli görüşü keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən xəbərə görə, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Tarix: 21 Oktyabr 2025, 14:54