"Real Madrid" rəhbərliyi yetəri qədər oynaya bilməyən Endriki icarəyə göndərməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, gənc hücumçu DÇ-2026-da Braziliya yığmasının heyətində olmaq üçün daha çox oynamaq istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Endrik cari mövsüm heç bir oyunda meydanda olmayıb. O, ötən ilin yayında transfer olduğu "kral klubu"nda 37 oyuna çıxıb və 7 qol vurub.