"Fənərbaxça" yeni hücumçu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xxəbər verir ki, Youssef En-Nesyrinin stabil olmayan çıxışından sonra klub hücum xəttini gücləndirmək istəyir. Məlumata görə, zədəsini sağaltmaq üzrə olan Con Duran uğurlu oyun nümayiş etdirməsə, "Fənərbaxça” dünya səviyyəli futbolçu transfer edə bilər. İddialara görə, Türkiyə nəhəngi “Real Madrid”in hücumçusu Endriki transfer etmək istəyir. "Fənərbaxça" "Korintians"dan ayrılacağı gözlənilən Memfis Depay və “Frankfurt”da əsas heyətə düşə bilməyən Elye Vahinin xidmətində də maraqlıdır. İddia edilir ki, Endrik dünya çempionatında iştirak etmək üçün əsas heyətdə oynaya biləcəyi kluba transfer olmaq istəyir. “Real”ın onun icarə əsasında klubdan getməsinə icazə verdiyi irəli sürülüb.